Sergey Lavrovun reysini ümumilikdə 3 milyona yaxın insan izləyib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka gəlib. O, aprelin 24-25-də BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcək.

Yerveinsan.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, həmçinin qeyd edib ki, Sergey Lavrovun reysini “Flightradar” xidmətində eyni vaxtda 700 mindən çox, ümumilikdə isə 3 milyona yaxın insan izləyib. Bu, rekorddur.