MÖVLUD ÇAVUŞOĞLU: Tarixi saxtalaşdırmağa çalışan siyasi şarlatanlar yenə səhnədədir!

"Tarixi saxtalaşdırmağa çalışan siyasi şarlatanlar yenə səhnədədir! Siyasi açıqlamalarla tarix yenidən yazıla bilməz. Bu mövqelərində israr edən fürsətçilər, bəd niyyət və ikiüzlülükləri ilə xatırlanacaqlar. Uca Türk Millətinə tarix dərsi vermək heç kimin həddinə deyil".

Yerveinsan.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter səhifəsində yazıb.

Çavuşoğlu bunu ABŞ Prezidenti Co Baydenin şərhinə cavab olaraq verib.