Ərdoğan fəaliyyətinə bir günlük ara verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gərgin iş qrafiki ilə əlaqədar səhhətində yaranmış narahatlıq səbəbindən fəaliyyətinə bir günlük ara verib.

 Rəcəb Tayyib Ərdoğan bu barədə özünün sosial media hesabında yazıb.

“Həkimlərin tövsiyəsi ilə bu gün istirahətdə olacağam. Allahın izni ilə proqramımız sabahdan davam edəcək”, - deyə Türkiyə Prezidenti bildirib.

Bir günlük məcburi istirahət səbəbindən Rəcəb Tayyib Ərdoğanın Kırıkkale, Yozqat və Sivasa nəzərdə tutulan səfərləri ləğv olunub.