Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərində namizədlərin heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçiriləcək

Yerveinsan.az xəbər verir ki, bunu Türkiyə Yüksək Seçim Kurulunun (MSK) sədri Ahmet Yener bildirib. Onun sözlərinə görə, prezident seçkilərinin ikinci turunun bazar günü, mayın 28-də keçirilməsi qərara alınıb.