Rəcəb Tayyib Ərdoğan ATA ittifaqının prezidentliyə namizədi olan Sinan Oğanla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçirilən seçkilərdə ATA ittifaqının prezidentliyə namizədi olan Sinan Oğan ilə görüşüb.

Yerveinsan.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Dolmabahçe iş ofisində mətbuata bağlı keçən görüş 1 saata yaxın çəkib.

Görüşdən sonra hər hansı açıqlama verilməyib.