Türkiyədə zəlzələ qeydə alınıb

Türkiyənin Adana vilayətində 4,0 bal gücündə zəlzələ baş berib.

Yerveinsan.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların episentri vilayətin Saimbeyli rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.