Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək
Yenidən Türkiyənin Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək və həmin gün ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.
Yerveinsan.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.