Türkiyənin Adana şəhərində 4 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana şəhərində 4 bal gücündə zəlzələ baş verib.
Yerveinsan.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin yaydığı məlumata görə, zəlzələ iyunun 18-də yerli vaxtla saat 23:59-da Saimbeyli rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 10,15 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata görə, zəlzələnin heç bir mənfi təsiri olmayıb.