İranda zəlzələ olub

İranın cənub hissəsində 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Yerevinsan.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Yeraltı təkanların episentri 352 min nəfərin məskunlaşdığı Bəndər-Abbas şəhərindən 84 km şimal-qərbdə yerləşir. Zəlzələ ocağı 40 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar haqqında məlumat yoxdur.