Ukrayna Rusiya Silahlı Qüvvələrinə məxsus obyektlərə zərbələr endirib

Ukrayna xüsusi əməliyyat qüvvələri Krım yarımadasında Rusiya Silahlı Qüvvələrinə məxsus 126-cı sahil mühafizə briqadasının obyektlərinə zərbələr endirib.

UNIANxəbər verir ki, bu barədə Ukrayna təhlükəsizlik qüvvələrindən bildirilib.

Qeyd edilib ki, əməliyyat zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.