Dünya okeanında istiləşmə güman edildiyindən daha sürətlə gedir

Okean tərəfindən istinin udulması 1990-cı illərdən başlayaraq kəskin şəkildə sürətlənib və 2010-2020-ci illərdə demək olar ki, 1990-2000-ci illərlə müqayisədə təxminən iki dəfə artıb.

 “Nature Communications” jurnalı xəbər verir ki, Yeni Cənubi Uels Universiteti alimlərinin araşdırmasına görə, dünya okeanı Yer kürəsində insan fəaliyyəti nəticəsində yaranan izafi istilik enerjisinin böyük hissəsini özündə toplayır.

Beləliklə, su hövzəsi atmosferdəki temperaturun artmasına mane olur. Lakin qlobal istiləşmə sürətlənir və bununla yanaşı, okeanlar da dəyişikliyə məruz qalır. Suyun istiliyinin artması bütün dərinliklərdə qeydə alınsa da, okeanın üst 2000 metrinə daha güclü təsir göstərir. Eyni zamanda, enerjinin udulması qeyri-bərabər şəkildə baş verdiyi üçün ən böyük dəyişikliklər Cənub okeanında baş verir.

Alimlər xəbərdarlıq edirlər ki, su kütlələrinin temperaturunun yüksəlməsi dəniz suyunun mütləq şəkildə artmasına gətirib çıxarır, həmçinin ekoloji sistemlərə mənfi təsir göstərir. Üstəlik, okeanın istiliyi udma qabiliyyəti azalmağa doğru gedərsə, bunun ardınca iqlim dəyişikliklərinin tempi yüksələcək.//AZƏRTAC