Türkiyənin Hatay şəhərində zəlzələ baş verib
Türkiyənin Hatay şəhərinin Kırıkhan rayonunda 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bakı vaxtı ilə saat 06:32-də qeydə alınan yeraltı təkanların ocağı 8,28 km dərinlikdə olub.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.