Binəqədidə qardaş qardaşı öldürüb

Dekabrın 7-də saat 01 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində 1965-ci il təvəllüdlü Fətəliyev Vasif Fətəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən V.Fətəliyevin qardaşı Bayram Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.