Neft Emalı Zavodunun ərazisində baş verən yanğın məhdudlaşdırılıb

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.