Türk zadəganlıq ənənəsində Çovqan oyunu

Zəngin mədəni irsimizin vacib konponentlərindən biri də xalq oyunlarıdır. Türk aristokratiyasına məxsus Çovqan oyunu Azərbaycan mədəni irsinin ən səciyyəvi çalarlarını şərtləndirir. Bu elitar xalq oyunun beynəlxalq səviyyədə artıq ölkəmizin mədəni irsi kimi tanınmışıdır.
2-8 dekabr 2013-cü ildə Bakıda keçirilən UNECKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 8-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, "Azərbaycan Respublikasında Çovqan ənənəvi Qarabağ atüstü oyunu" UNECKO-nun Təcili Qorunmağa Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.
Chovqan, a traditional Karabakh horse-riding game in the Republic of Azerbaijan
Azerbaijan
Inscribed in 2013 (8.COM) on the List of Intangible Cultural Heritage in Need of Urgent Safeguarding
Chovqan is a traditional horse-riding game played on a flat, grassy field by two competing teams of players mounted on Karabakh horses. Each team has five riders, with two fullbacks and three forwards. The game starts at the centre of the field and players use wooden mallets to try to drive a small leather or wooden ball into their opponents’ goal. The game is interspersed with instrumental folk music called janghi. Chovqan players and trainers are all local male farmers and skilled riders. They traditionally wear large astrakhan hats, long tight-fitting coats with a high waist, and special trousers, socks and shoes. People of all ages come to watch this traditional game and to support their teams. Chovqan strengthens feelings of identity rooted in nomadic culture and linked to the perception of the horse as an integral part of everyday life. The specific rules, skills and techniques of Chovqan are transmitted from experienced players to beginners through collective training. The practice and transmission of Chovqan have weakened, however, due to a loss of interest among the youth, combined with urbanization and migration, leading to a shortage of players, trainers and Karabakh horses.
https://ich.unesco.org/en/USL/chovqan-a-traditional-karabakh-horse-riding-game-in-the-republic-of-azerbaijan-00905
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən
Folklor “Oyun-Tamaşa” “Xalq Oyunları” Atlı oyunlar” Nümunəvi reyestr kodu: FO0101000002
“Çovqan”, oxşar adı ilə “çövkən” xalqımızın kökü tarixin ən qədim çağlarına, ibtidai icma dövrünə gedib çıxan folklor oyunudur. Bu oyun öz idman mahiyyətinə görə, müasir at polosuna bənzəyir. Lakin çovqan öz mənşəyi etibarilə Azərbaycan-türk ritual-mərasim mədəniyyətinin genetik hadisəsdir.
Çovqan at üstündə olan iki oyunçu dəstəsinin əllərində çövkən (çomaq) topla oynadığı idman yarışıdır. Oyunun quruluşu belədir: iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarət olur. Atların sayı 6-dır.
“Çovqan” sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər vardır. Söz özünün fonomorfoloji strukturuna görə türkmənşəlidir. Bu söz bir versiyaya görə, “çubuq ilə vurmaq” mənasını verir. Sözün bu mənası oyunun funksional mahiyyətini əks etdirir. Digər versiyaya görə, “çövkən” sözü “ağaccıq” (balaca ağac) mənasındadır. Qaynaqlarda sözün bu mənasına təsadüf olunur. Bu məna da, əslində, yuxaıdakı məna ilə eyni paradiqmatik sıraya girir.
Oyunçuların əsas oyun vasitəsi olan çövkən ağacdan hazırlanmış alətdir. Hokkey idmançılarının istifadə etdikləri alətlə eyni funksiyanı daşıyır. Hokkeyçilər öz alətləri ilə şaybanı vurduqları kimi, çovqançılar da çövkənlə topu vururlar.
Tarixi qaynaqlara görə, bu oyun eramızın birinci minilliyinin ortalarında yaranmış və bir neçə yüzilliklər ərzində Azərbaycan, İran, Türkiyə, Orta Asiya və digər qonşu ölkələrdə məşhur olmuşdur. Lakin biz belə hesab edirik ki, çovqan oyununun tarixi bilavasitə ibtidai icma dövrünə, qədim türklərin mifoloji şüurla yaşadığı çağlara gedib çıxır. Xalq ənənəsindəki hər bir oyunun kökləri istisnasız olaraq mifoloji görüşlərə bağlanır. Sonrakı dövrlərdə idman yarışı, güc nümayişi, əyləncəvi xarakter təsiri bağışlayan bütün xalq oyunlarının mahiyyətini kosmoqonik yaradılış ideyası təşkil edir. Yaradılışın mifik konsepsiyasına görə, hər bir yaradılış ünsürü öz ömrünü başa vurduqdan sonra təkrar yaradılmalıdır.
Bunun əsasında xaos-kosmos-xaos-kosmos münasibətlər modeli durur. Xalq oyunlarında bütün hallarda iki mübarizə edən tərəf olur. Bu tərəflərdən birinin qələbəsi və o birinin məğlubiyyəti ilə yeni reallıq formalaşdırlır. Yəni mübarizə ilə köhnə reallıq aradan qaldırılır və yeni reallıq formalaşdırlır. Heç təsadüfi deyildir ki, xalq oyunlarının qədim leksikasını “ölmək”, “dirilmək”, “yeni can qazanmaq” və s. kimi kosmoqonik vahidlər təşkil edir. Bu baxımdan, çovqan oyunun da mahiyyətini köhnə reallığın (dünyanın) aradan qaldırılması yeni reallığın (dünyanın) yaradılması təşkil edir. Bunu çovqan və digər xalq oyunlarının qədim dövrlərdə istənilən vaxt deyil, məhz bayramlar vaxtı icra olunması təsdiq edir. Bu cəhətdən çovqan orta əsrlərdə digər xalqların mədəniyyətlərinə nüfuz edib yayılsa da, kökü etibarilə ibtidai düşüncə çağları bağlıdır.
Çovqan oyunun Qarabağ bölgəsində məşhurlaşması bu oyunun məhz qarabağ atları ilə oynanılması ilə bağlıdır. Çovqan oyununda atların güclülüyü, elastik hərkətləri, cəldliyi, atların öz sahiblərinin emosiyalarına qarşı həssaslığı əsas şərtlərdəndir. Bu cəhətdən dünya mədəniyyətinin incisi olan Qarabağ atları əvəzsiz olmuşdur. Qaynaqlara görə, Qarabağ xanlığı dövründə çövkən oyunlarına maraq daha da artmış, Şuşa şəhərindəki Cıdır düzündə, Xankəndi və Xocalı arasındakı ərazidə, Ağdamda cıdır yarışları, müxtəlif atüstü oyunlar, o cümlədən çovqan yarışları keçirilmişdir.
Çovqan oyunları qədim və orta əsrlərdə çox məşhur olmuşdur. Bu qədim oyun söz sənətkarlarının diqqətini cəlb etmişdir. Bu cəhətdən Azərbaycan ədəbiyyatında çövkənin təsvirləri və izlərinə çox rast gəlinir.
I Şah Təhmasibin “Kuh və çövkən” və Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərlərində çövkəndən bəhs edilir. Klassik Azərbaycan şairləri olan Qətran Təbrizi, Xaqani Şirvani, Zülfüqar Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və digərlərinin şeirlərində çovqanla bağlı müəyyən ifadələrə rast gəlinir.
Çovqan oyunu ilə bağlı bədii faktlardan aydın olur ki, Azərbaycanda həmin oyunda təkcə kişilər deyil, qadınlar da iştirak edib. Nizaminin “Xosrov və Şirin” poemasında Şirin çövkən meydanında Sasani hökmdarı II Xosrovdan geri qalmır. Şirin ilə bərabər qızların da bu oyunda iştirakı təsvir edilir. Yaxud Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanında xüsusi bir fəsil çovqan oyununa həsr olunub. Orada göstərilir ki, Ərəb Xilafəti dövründə bu oyun ən təntənəli bayramlar, xüsusi günlər zamanı keçirilirdi.
Çovqan oyununda qadınların iştirak etməsi bu oyunun milli mənşəyinin müəyyənləşdirilməsi baxımından ən qiymətli məlumatdır. Bildiyimiz kimi, Azərbaycan mədəniyyət arixində qadınlar fəal rola malik olmuş, kişilərlə bərabər döyüşlərdə at oynatmış, qılınc çalmışlar. Qədim Oğuz-Türk bəyləri öz qızlarını pəhlivan kimi böyüdür, onlara qılnc vurmağı, at çapmağı öyrədirdilər. “Kitabi-Dədə Qorqud” eposunda Bamsı Beyrəyin gələcək nişanlısı Banu Çiçəyin onunla at çaparaq, qılınc oynadaraq, güləşərək yarışması Oğuz-Türk əxlaqının ayrılmaz keyfiyyətidir. Bu cəhətdən, Azərbaycan ədəbi nümunələrində qadınların da çovqan oynaması faktı bu oyunun Aərbaycan türklərinə və ümumiyyətlə, türk mədəniyyətinə mənsub olmasını göstərir. Unutmaq olmaz ki, Nizaminin “Xosrov və Şirin” əsərinin qəhrəmanı Xosrov Pərviz fars-sasani şahzadəsi olsa da, onun sevgilisi Şirin Azərbaycan-türk qızı idi. Uşaqlıqdan türk qəhrəmanlıq ənənəsi ruhunda böyüyən Şirin üçün çovqan oynamaq onun mənsub olduğu etnik mədəniyyətə xas hadisə idi. Bu fakt çovqanın fars mədəniyyətinə məxsus oyun olmasını birmənalı şəkildə inkar edir.
Çovqan atla oynanılan türk oyunudur. Oyunun leksikası, istifadə olunan alətlərin adları və s. hamısı qədim türkcədədir. Digər tərəfdən, çovqan oyunun varintları müəyyən fərqlərlə bu gün Orta Asiya türk xalqları arasında canlı şəkildə yaşamaqdadır. Məsələnin qeyri-elmi tərəfəi ondan ibarətdir ki, İran İslam Respublikasında çovqan oyunun farslara məxsus olması müasir İranda öz torpaqlarında yaşayan 40 milyonluq Azərbaycan türklərinin mədəniyyət fakturası ilə əsaslandırılır. Unutmaq olmaz ki, çovqan oyunu motivlərinin əksini tapdığı Təbriz miniatürləri, ədəbi faktların hamısı Azərbaycan türklərinə məxsusdur.
Tarixən, çovqan oyununu Azərbaycan aristokratları və şah ailəsinin üzvləri oynayırdılar. Bu oyunda cəld və qısaboy, xüsusi təlim görmüş atlar iştirak etdiyindən, bu oyun Qarabağda çox məşhur idi. Qarabağ atları öz gözəlliyi ilə seçilir və bu oyun üçün əhilləşdirilirdilər. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən olan Bağdadda, Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çovqan yarışlarının keçirildiyi göstərir.
Sovet vaxtlarında çovqan oyunu Qarabağda və Azərbaycanın müxtəlif regionlarında keçirilirdi. Bu oyun müntəzəm olaraq müxtəlif respublika və ümumittifaq şənliklərinə daxil edilmişdir. Qarabağda bu oyun keçmiş əsrin 80-ci illərinin axırına kimi məşhur olmuşdur.
Bu oyunun yeni tarixi 2000-ci illərdə başlamış, 2006-cı ildə Prezident kuboku turniri keçirilmişdir və turnirdə ölkənin 8 regionu təmsil olunmuşdur. 2013-cü ilin sentyabr ayında Bakıda at polosu üzrə dünya kuboku yarışı keçirilmişdir. Argentina, Böyük Britaniya, Avropa Birliyi və ABŞ-ın adlı-sanlı komandaları bu idman növü üzrə ən nüfuzlu mükafatlardan birinə sahib olmaq hüququ uğrunda mübarizə aparmaq üçün Azərbaycanın paytaxtına toplaşmışdılar. Turnir çərçivəsində müasir polo üzrə yığma komanda ilə Azərbaycanın çovqan üzrə bir komandası arasında nümunəvi matç da keçirildi. Azərbaycanda bu gün də ölkənin müxtəlif rayonlarında çovqan milli oyunu üzrə yarışlar keçirilir.
“ÇOVQAN” OYUNUNUN BEYNƏLXALQ MİQYASDA YAYILMASI
“Çövqan” oyunu IX əsrdən XIX əsrə kimi Azərbaycan,Orta Asiya,Iran və Türkiyə ölkələrində,XIX əsrdən isə Amerika,İngiltərə və Hindistan və Çində başqa variantlar üzrə oynanılıb inkişaf etdirilir. XII əsrdə İraqın paytaxtı Bağdad şəhərində, Orta Şərq,ölkələrinin atçapanları, arasında birinci dəfə “Çomaq”(“çövkan”) oyunu üzrə beynəlxalq yarış keçirilmişdir.
İbn Sirəcin 5 cildlik əsəri əsasında M.C.Ordubadinin yazmış olduğu “Qılınc və qələm” tarixi romanında azərbaycanlıların bu mühüm yarışda iştirak edib qələbə qazanmaları barədə geniş məlumat verilir. “İzvestiya” qəzetinin 2-8 iyul 1961-ci il 27 nömrəli həftəlik vərəqəsi olan “Nedelya” da “Çomaq” oyununun Azərbaycandan Hindistana oradanda İngiltərəyə yayılması barədə məqalə dərc edilmişdir.
Yuxarıda qeyd edilən əsərlər və məqalələr “Çomaq”oyununun ən qədimdə Azərbaycanda geniş yayılması və xalqımızın ən sevimli oyunlarından biri olmasını sübut edir. Qədim tibetdə bu oyunun adına “pulu” - yəni top deyirlərmiş. XIX əsrin əvvələrində bu oyun Benqaliyada keçirilmiş, sonralar Tibetdən Hindistana Çinə və Yaponiyaya yaylmışdır.
1983-cü ildə Hindistanı Kalkuttə şəhərində “Çomaq”oyunu üzrə birinci dəfə rəsmi yarış ingilis generalı Şirəromun təşəbbüsü ilə keçirilmişdir. O zaman bu oyun Hindistanda yaşayan yüksək rütubətli ingilis məmurlarının yaşadıqları yerlərdə keçirilirdi.
Xalq kütlələri arasında isə bu oyun pis yayılmışdı. Xalqın torpağına yiyələnən, əməyini mənimsəyən onu amansızcasına istismar edən “qəsbkarlar” xalqın bu saf oyununu da əlindən alıb mənimsəmişlər.
XIX əsrin axırlarında “çövkan”oyunu İngiltərəyə gətirilmişdir. Burada da bu oyun xalq arasında yox, ancaq varlı adamların yaşadıqları yerlərdə keçirilirmiş. İngiltərədə də bu oyun yayılması oyunun buradan tez bir zamanda Amerikaya keçməsinə səbəb olmuşdur. “Çövqan”oyunu hal-hazırda İngiltərədə Amerika və başqa ölkələrdə “polo”adı ilə oynanılır.
XX əsrin əvvəllərində Şərq ölkələrinə nisbətən Qərb ölkələrində “Çomaq” oyunu başqa xalqların milli oyunlarından üstün və maraqlı keçirilməkdədir. Bu nailiyyətlərə görə “çomaq”oyunu olimpiya oyunlarının proqramlarına da daxil edilib. Bir çox ölkələrin komandaları arasında çövqan üzrə rəsmi yarışlar keçirilmişdir. 1908-ci ildə Londonda IV, 1920- ci ilin avqust ayında Antverpen (Belçika) şəhərində VII,1924-ci ilin avqust ayında Parisin “Kolombo”stadionunda VII, 1936-cı ilin avqust ayının 1-dən 15-nə qədər Berlin şəhərində keçirilən XI olimpiya oyunlarında çomaq oyunu “Konne polo”adı ilə keçirilmişdir.
Göründüyü kimi,”Çövkan”oyunu XI əsrə nisbətən XX əsrdə Qərb ölkələrində geniş yayılmış, hətta olimpiya oyunlarının proqramına da daxil edilmişdir. Hazırda “Çomaq”(“çövqan”) oyunu başqa variant üzrə İraqda, İranda, Misir və Suriyada oynanılır.
“Çomaq” oyunu 1000 il keçdikdən sonra nəinki Azərbaycanda, hətta 1961-ci ildə azərbaycanlıların təşəbbüsü ilə ilk dəfə keçmiş Sovet İttifaqının paytaxtı Moskva şəhərində keçirilmiş və 100 mindən artıq tamaşaçının rəğbətini qazanmışdır. Sonralar ”Çövqan” oyununu keçmiş Sovet İttifaqının mütəffiq respublikalarında yaymaq məqsədilə Pyatiqorsk, Frunze, Tiblisi, Alma-Ata, Rostov, Kiyev, Daşkənd, Moskva, Krasnodar şəhərlərində Azərbaycanın yığma komandası ilə yuxarıda adları göstərilən şəhərlərin yığma komandaları arasında rəsmi yarışlar keçirilmişdir.
25 il müddətində Azərbaycanın yığma komandası əksərən birinci mükafata layiq yeri tutmuşlar. Hazırda Azırbaycan xalq oyunlarından ”Çövqan”, “Sür Panar”,”Bahərbənd” və “Papaq” oyunları bizim tərtib etdiyimiz yarış qaydaları əsasında oynanılıb inkişaf etdirilməkdədir.
Çovqan Qarabağ atları ilə oynana atüstü oyunun UNECKO-nun təcili qorunan qeyri-maddi mədəni irs siyahısına salınması bu mədəniyyət nümunəsinin kompleks öyrənilməsini zəruri edir. Bu mənada həm Qarbağ atları, həm də ümumi atçılıq probleminin tədqiqi mühafizəsi aktuallıq kəsb edir. Problemin aktuallığı fonunda atüstü oyunların həyata keçirilməsinin ən vacib konponenti olan atların minilməsi qaydalarıda maraq kəsb edir. Bu sahədə “Azərbaycan atçaparları və atüstü oyunları” adlı tədqiqat əsərinin müəllifi Fikrət Hüseyinovun araşdırmaları böyük maraq doğurur. O, kitabında gənc çaparların hazırlanması qaydalarından bəhs etmişdir.
Gənc atçaparların hazırlanması atüstü oyunun qorunub saxlanması və ənənənin yaşadılaraq gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.
Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas