KİV: Tutulanlardan birinə terror aktına görə 500 min rubl vəd edilib
“Crocus City Hall”a terror hücumunda şübhəli bilinən şəxs ona 500 min rubl vəd edildiyini etiraf edib.
Rusiya mediası xəbər verir ki, saxlanılan şəxs pulun yarısının onun bank kartına köçürüldüyünü, ikinci yarısının isə daha sonra köçürüləcəyini bildirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçarkən kartını meşədə itirib. Həmin şəxsin sözlərinə görə, kuratorlar onunla “Telegram” vasitəsilə əlaqə saxlayıblar.
Medianın məlumatına görə, saxlanılan şəxslər Rusiya vətəndaşları olan taciklərdir./Azərtac