Yolun hərəkət hissəsində qalan yük maşını ərazidən götürülüb

Bakıda texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan yük maşını ərazidən götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yolda nəqliyyatın hərəkətinə yaranmış məhdudiyyət aradan qaldırılıb.