Masallı sakinindən 10 kiloqram narkotik aşkarlanıb

Masallı sakinindən 10 kiloqram heroin aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Xudaverdiyev saxlanılıb. Onun əlindəki çuvaldan 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə V.Xudaverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.