Türkiyə İsrailə ixracı məhdudlaşdırıb

Ankara bu gündən etibarən İsrailə 50-dən çox məhsul qrupunun ixracına məhdudiyyətlər tətbiq edib.

 "Anadolu" agentliyi bu barədə Türkiyənin Ticarət Nazirliyinə istinadla məlumat yayıb.

Nazirliyin məlumatına görə, ticarət məhdudiyyətləri İsrail Qəzzada atəşkəs elan edənə və Fələstin eksklavına humanitar yardımın maneəsiz çatdırılmasına imkan verənədək qüvvədə qalacaq. Məhdudiyyətlər, əsasən armatur, polad prokat və mərmər ixracını əhatə edir.