İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar başa çatıb (YENİLƏNİB)

İstanbulda Rusiya və Ukrayna nümaəyndə heyətləri arasında münaqişənin nizamlanması üzrə danışıqlar başa çatıb.
Bu barədə Rusiya KİV-i xəbər verir.
Məlumata görə, Türkiyə XİN rəhbəri Hakan Fidanın vasitəçiliyi ilə keçirilən danışıqları təxminən iki saat davam edib.
Öz çıxışında nazir qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli vəziyyətdən yeganə mümkün çıxış yoludur.
Qeyd edilir ki, Türkiyənin xarici işlər naziri giriş nitqindən sonra görüş başlamazdan öncə danışıqlar zalında qalıb.
xxx
15:00
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqları açıq elan edən Türkiyə XİN rəhbəri Hakan Fidan, cari danışıqlar mərhələsinin Ukrayna münaqişəsinin nizamlanmasında son dərəcə vacib olduğunu diqqətə çatdırıb.
“Tərəflərin sülhə sadiqliyini nümayiş etdirməsi bizim üçün yeni imkanlar pəncərəsi açıb, və biz bunu məmnuniyyətlə qarşılayırıq. Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkə başçımız Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampın sülh çağırışlarına qulaq asması bizim üçün çox önəmlidir. Rusiya və Ukraynanın birbaşa danışıqlara başlamağa hazır olması bu gün şahidi olduğumuz həlledici mərhələnin mümkünlüyünü təmin etdi”, – deyə nazir bildirib.
xxx
14:30
Türkiyənin İstanbul şəhərində Türkiyə prezidentinin iqamətgahında Rusiya və Ukraynada olan nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Bu barədə “Reuters” məlumat yayıb
Danışıqların təfərrüatı barədə hələlik məlumat yoxdur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov onun nəticələrini gözləməyə çağırıb.
Qeyd edək ki, bundan bir qədər əvvəl İstanbulda ABŞ, Türkiyə və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar başa çatmışdı.//Trend