Gəncə şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib

Gəncə şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Bursa küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yerləşən fərdi yaşayış evində yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürmə qüvvələri və canlı qüvvəsi cəlb olunub.

Yanğın kəşfiyyatı zamanı evdən 1966-ci il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.