Pezeşkianın andiçmə mərasimi iyulun 30-da olacaq
İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da olacaq.
İRNA agentliyinə xəbər verir ki, bunu İran parlamentinin üzvü Moctaba Yusifi açıqlayıb. Onun sözlərinə görə, yeni Prezident inaqurasiya mərasimindən sonra iki həftə ərzində proqramını və hökumətin tərkibini təqdim etməlidir.