Bakının Xətai rayonunda məktəbdə yanğın olub

Bakının Xətai rayonunda məktəbdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 2220 m² (hər mərtəbəsi 1110 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 25 m² olan köməkçi otağa yığılan əşyalar 10 m² sahədə yanıb.
Yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.