Azərbaycanın amfibiya təyyarəsi Bolu-Gerede istiqamətində meşə yanğını ilə mübarizəyə cəlb olunub VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Yerveinsan.az FHN-nə istinadən xəbər verir ki, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.