Azərbaycanın amfibiya təyyarəsi Balıkesir-Edremit istiqamətində meşə yanğınlarına cəlb edilib VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.