KAZIM QARABƏKİR PAŞA İLƏ GÖRÜŞƏN GÖYÇƏLİ (MOLLALI) AŞIQ MƏHƏRRƏM
Zəngin mədəni irsi olan Qərbi Azərbaycanın Göyçə aşıq mühitinin parlaq nümayəndələrindən olan Aşıq Məhərrəmlə bağlı Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı ilə fikir mübadiləsi onun şəxsiyyətinə olan marağı daha da artırdı. Göyçə mahalının Mollalı kəndindən Bərdə rayonun İmirli kəndinə köçən əhali arasında ustad aşığın qohumlarının yaşaması işimizi bir az daha asanlaşdırdı.
ALÇALI (MOLLALI) AŞIQ MƏHƏRRƏM KİMDİR?
Onu da qeyd edək ki, aşıq ədəbiyyatı antalogiyalarında Aşıq Məhərrəm haqqında verilən məlumatlara deyilir: “1825-ci ildə Göyçə mahalının Alçalı kəndində dünyaya göz açmışdır. Aşıq Alıya şəyirdlik etmiş, xalq arasında kamil sənətkar kimi hörmət qazanmışdır. Aşıq Məhərrəm 1910-cu ildə dünyasını dəyişmişdir”.
Araşdırmalar göstərir ki, Alçalı Aşıq Məhərrəmlə bağlı yuxarıda verilən məlumatlar həqiqəti əks elətdirmir. Belə ki, 1949-cu ildə Göyçə mahalında əvvəlcə Əli Bayramlıya sonra isə çətinliklə Bərdə rayon İmirli kəndinə köçürülmüş qohumları yaşayır. Bu şəxslərdən biri Alı Novruzovun nəvəsi ali təhsilli fizika müəllimi İlyasov Kərəm Köçəri oğlu 90-cı illərin əvvəllərində Türkiyədə müəllimlik fəaliyyəti ilə məşğul olarkən Aşıq Məhərrəmlə bağlı axtarışlar edib. K. İlyasov Ərzurum, İqdır, Kars şəhərlərini gəzərək Alçalı Aşıq Məhərrəmin izinə düşə bilib.
Kərəm İlyasov araşdırmalar nəticəsində Aşıq Məhərrəmin uzun illər Türkiyənin Qars şəhərində yaşadığını müəyyən edə bilmişdir. O, Aşıq Məhərrəmin yaxın qohumlarını o cümlədən doğma bacısını tapıb onlardan Ustad haqqında məlumatlar əldə edib.
Kərəm İlyasov: “Türkiyədə yaşayan qohumlarımızdan əldə etdiyim məlumatlara görə Aşıq Məhərrəm 1918-ci il qırğınlarından xilas olmaq üçün 2 qardaşı (qardaşlarından birnin adı Əşrəf olub digər qardaşın adını dəqiqləşdirmək mükün olmadı) 4 oğlu ilə birlikdə Mollalı kəndindən Dərələyəz mahalı üzərindən Türkiyə keçərkən yolda acı faciə ilə qarşılaşıb. Dərələyəz mahalından keçərkən onun 4 oğlu ermənilər tərəfindən qətlə yetirilib. Bu faciədən sonra onlar 3 qardaş Türkiyənin Qars bölgəsinə gəlib çıxıblar”.
Onu da qeyd edək ki, Türkiyədə milli mücadilə hərkatının geniş vüsət aldığı bu dönəmlərdə hərbi sərkərdə Kazım Qarabəkir Paşa Qars vilayətinə gələrkən Aşıq Məhərrəm onunla görüşüb. Aşıq Məhərrəmin Paşam gavurun əlindən Sizə sığınmışıq amma burada da halımız pərişandı dolanışığımız yoxdu deyə bildirmişdir. Ordu komandanlarından biri olan Kazım Qarabəkir Paşa Aşıq Məhərəm və qadaşlarına dəyirman tikilib verilməsinə göstəriş verib. Bundan sonra Aşıq Məhərəm və qardaşlarının dolanışıqları təmin edilib. Aşıq Məhərrərm altmışıncı illərə qədər həmin bölgədə özanlıq edib böyük ad-san qazanıb. Azərbaycan Aşıq ədəbiyyatına Alçalı Aşıq Məhərərm kimi adıkeçən şəxsin Alçalı təxəllüsü də mübahisə doğurur. Çünki Aşıq Məhərrəm yaşadığı kəndin adı əvvələr Mollalı olmuşdur o həmin kənddən çıxdıqdan bir neçə il sonra kəndin adı dəyişdirilərək Alçalı olmuşdur. Odur ki Aşıq Məhərrəmin Alçalı təxəllüsü götürməsi inandırıcı və məntiqli deyil. Göyçə aşıq mühitinin parlaq simalarından olan Aşıq Məhərəmin yaradıcılığı və şəxsi həyatının ciddi tədqiqata ehtiyacı var.
Aşıq ədəbiyyatının müxtəlif janrlarında Qoşma, Çığalı təcniz, Divani, müxəmməs janrında gözəl ədəbiyyat nümunələri yaradn Alçalı (Mollalı) Aşıq Məhərrəm Mollalı kəndinin nə qədər zəngin folklor mühiti olduğunun bariz nümunəsidir. Alçalı (Mollalı) Aşıq Məhərrəmin yuxarıda göstərilən janırlarda müxtəlif aşıq şerlərini professor Qara Namazov "El çələngi" (xalq şeirindən seçmələr) toplusunda vermişdir. Göyçə aşıq mühitinin (Mollalı, Alçalı) ən parlaq simalarından olan Aşıq Məhərrəmin bu günümüzə gəlib çatmış şerlərini təqdim edirk.
Gəlmədi
Ey gözəl, səni təhrində
Huri, qılman gəlmədi;
Yıxdın könlümün evini,
Oldu viran, gəlmədi;
Açılsın mah camalın,
Qoy olsun bayram günü;
Cümlə cahan həsrət çəkir
Mahi-ruhan gəlmədi.
Düşdü eşqin ataşına,
Yandı səməndər kimi;
Söz sinədə cuşa gəldi,
Cəm oldu dəftər kimi;
Heç mahalda ustad yoxdu.
Aşıq Ələsgər kimi;
Yüz yerdən qətrə oynadı,
Belə ümman gəlmədi.
Məhərrəməm, əzbərimdi
Sirri-sübhan ibtida;
Ondan münkir olan kimsə.
Məhşərdə tapmaz cada;
Müxənnətə bel bağladım.
Zəhmətim getdi bada;
Bağlandı namərd kisəsi„
Daha dövran gəlmədi.
Çəkirəm
Ay hazarat, qulaq verin,
Görün, nə bəla çəkirəm:
İki arvadın əlindən
Qazamat, qala çəkirəm;
Qədd əyilir, bel bükülür,
«Əlif»i «dal”a çəkirəm;
Dərdi qanmaza demərəm,
Mən əhli-hala çəkirəm.
Dedim ki, xoşbəxt olaram,
Mən də alaram birini;
Yrxıldım dul arvada,
Qanmadım acı-şirini;
İstəyirəm söhbət edəm,
Öyür əvvəlki ərini;
Olmaz bəlaya düşmüşəm,
Sübhədək nala çəkirəm.
Getdim gördüm, böyük arvad
Kiçiyə çox kəsim satır;
Kiçiyi böyügə deyir:
Eşşəkdən törəmiş qatır;
Səsləri düşüb aləmə,
Bir-birinə şıllaq atır;
Mətləbi yazdım dəftərə,
Özgə mahala çəkirəm.
Necə ki cavan idim,
Gəlmirdi mənim eynimə;
Dedim, alım iki gözəl,
Paltarım salar çiynimə.
Yetişdim doxsan sinnimə,
Təqsirim allam boynuma;
Asqırıram, öskürürəm,
Hərdənbir dala çəkirəm.
Məhərrəməm, nə deyim
Bu dünyanın kəc işinə;
Aqillər, ürəfalar
Gərəkdir bunu düşünə;
Huş verib, guş tuturam
Çarxı-fələk gərdişinə;
Hikmətə sirr qalmışam,
İndi kamala çəkirəm.
Çəp
Sən dənizsən, məi dəryayam,
Sən özünü bilmə çəp;
Çin-çin eylə şahmar zülfün,
Yar, boynuna salma çəp;
Sinən çarsı, məmən dükan,
Müştəriyəm bazarda;
Sən satgıian, qoy mən alım,
Mənim ilə olma çəp.
Şahi-cahan, mərdi-sultan,
Ərənlərin sərvəri,
İsmi Əli, özü vəli,
Yəni yerin ləngəri;
Əntərə çaldı qılıncı,
Fəth eylədi Xeybəri;
Möminlərə irəhbərdi,
O xəyala dalma çəp.
Ey Məhərrəm, sidq-dillə
Sığın ağan Heydara;
Haqqı bil, mövlaiı tanı,
Qalma aciz, avara.
Şahi-Mərdan sayəsində
Haçan gəlsən bazara,
Vur, çalxansın, qat bəhrini,,
Girdabında qalma çəp.
Mən evlənməz idim
Vallahi, bilsəydim işi,
Adı mən evlənməz idim;
Gər biləydim ki, budu
Dadı, mən evlənməz idim.
Edəcəm qəmli könli-şadı
Mən evlənməz idim;
Olacam arvadın arvadı
Mən evlənməz idim.
Dedim, birini də alım,
Qoy, iki arvadım ola;
Birisi dərdə şərik,
Birisi övradım ola;
İkisindən törəyə,
Bir neçə övladım ola;
Gər biləydim, belə bicadı,
Mən evlənməz idim.
Nə bilim, təzə gələn
Köhnəyə hədyan deyəçək;
Köhnə də təzəyə «heyvan
Qızı, heyvan» deyəcək;
Oturub bir-birinə
Min çürə böhtan deyəcək;
Gələcək qonşu, qohum, yadı,
Mən evlənməz idim.
Nə bilim, Zalxa dua
Yazdıraçaq at nalına;
Eşidənlər yanacaq
Mən fağırın əhvalına;
Söyəcək hər ikisi
Mən yazığın saqqalına;
Deyəcəklər: ifritdi, qocadı,
Mən evlənməz idim.
Tərsi tərsinə
Dağlar al geyinib, ellər qırmızı,
Hüsnün zinət verir tərsi-tərsinə.
Aşıq deyər, qəddi tər,
Libası tər, qəddi tər.
Bu gün bir hikmət gördüm –
Mürdəsində qədd itər.
Qoy söykənsin köynəyinə qəddi tər,
Sinən tərdi, köynək tərsi-tərsinə.
Mərd igidlər çörək verər, hey alı,
Namərd sənsən, çörək səndən həyalı.
Aşıq deyər, həyalı,
Gözəl gəzər həyalı.
Bədəsil əsil olmaz,
Əsil olan həyalı.
Yornuq maral otlar, gəzər hey yalı,
Ülkər ovçusundan tərsi-tərsinə.
Məhərrəm, aç gözün həyat içində,
Dolan, gəz cahanı həyat içində.
Aşıq həyat içində,
Xalın həyat içində.
Bir canlıdı, bir cansız,
On baş həyat içində.
Qapısız-bacasız həyat içində,
Götürüb qoyarlar: tərsi-tərsinə.
Yana yana
Bir üzügülməzin, bəxtiküskünün,
Ağladım dərdinə ha yana-yana.
Aşıq deyər ha yana,
Qəlbin oda ha yana.
Yaxşı dostu unutma,
Canın oda ha yana.
Çəksən də zəhmətin qədirbilməzin,
Axırda qalarsan ha yana-yana.
Ağanın hökmü ilə dərya dayandı,
Suya qərq olana dərya da yandı.
Aşıq deyər nə yandı,
Nə yandırdı, nə yandı.
Kərəm oldu eşq əhli,
Axır oda nə yandı.
Məcnunu öldürdü Leyli həsrəti,
Eşqi sinəsində ha yana-yana.
Məhərrəm, qəlbini üzən nə qandı?
Düşünməzlər bu dünyadan nə qandı?
Aşıq deyər nə qandı,
Nə yaradı, nə qandı.
Ağıllı yüz ad dedi,
Qanmaz ondan nə qandı?
Bir gün olar bu dünyadan köçərsən,
Ağlıyar dostların ha yana-yana.
Bulaqlar
Mən bilirəm, zimistanın qəhrindən
Ağ niqab örtübsən üzə, bulaqlar!
Yaşılbaş sonalar tərk olub səndən,
Həsrətsən gəlinə, qıza, bulaqlar!
Cənnətül-məvadan olmusan təyyar,
Üstündə gəşt eylər cümlə ərənlər
Sənə bəxş eyləyib bir pərvərdigar,
Qüdrət yeygisindən təzə bulaqlar.
Üstündə çəm olar türfə gözəllər,
Ağ sürüynən ətrafını bəzəllər.
Mərd iyidlər ağır xonlar düzəllər,
Xanlar mehman gələr sizə, bulaqlar!
Qarlı dağlar alçaqlanmaz, ucalmaz,
Ləşgər çəkib xotkar ondan bac almaz.
Səndən içən hicran çəkib qoçalmaz,
Yetirsə də sinni yüzə, bulaqlar!
Məhərrəm arzular, gəlsin baharın,
Ərisin girmələr, tökülsün qarın,
Dad versin dahanda Abi-Kövsərin,
Olsun içənlərə məzə, bulaqlar!
Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov