Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqətinə! (FOTOLAR)

Kür çayınn Mingəçevirdən keçən hissəsinin istirahət-gəzinti zolağının yaxınlığında ciddi ekoloji problemlər mövcuddur.
Yerveinsan.az-a verilən məlumata görə, 820 metrlik gəzinti zolağının-bulvarın 200 metrə yaxın məsafəsində tikilən qanunsuz kafelər tullantıları çaya axıtmaqla “ekoloji terror”a yol açırlar. Fotolardan göründüyü kimi suyun içi çirkaba qərq olub.Sahibkarların bu “terror”una qarşı isə 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi nədənsə göz yumur.