Dünya Bankı yeni koronavirusa qarşı mübarizə üçün 12 milyard dollar yardım ayırıb
Dünya Bankı yeni koronavirusa qarşı mübarizə üçün inkişaf etməkdə olan ölkələrə təcili yardım ayırıb.
İlkin yardım paketi 12 milyard dollar məbləğindədir.
Bildirilir ki, böhran fondu xəstəliyin profilaktikası, müalicəsi və monitorinqinə, lazımi məlumatların toplanmasına, həmçinin tibbi heyətin hazırlanmasına yönəldiləcək.Dünya Bankından, həmçinin bildiriblər ki, yeni koronovirusun təsirini azaltmaq üçün özəl sektora da yardım göstəriləcək.
Vüqar Ağayev