Dünyada koronavirusa yoluxanların sayı 105 mini ötüb

Dünyada koronavirusa yoluxanların ümumi sayı 105 586 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.

Bildirilir ki, epidemiya artıq dünyanın 101 ölkəsində qeydə alınıb.

 
Son sutka ərzində virus Bolqarıstan, Kosta-Rika, Moldova, Fransa Qvianası, Maldiv adaları, Malta və Farrer adalarında da aşkarlanıb.

Çindən kənarda son 24 saat ərzində 3 610 yeni yoluxma hadisəsi qeydə alınıb, 71 nəfər dünyasını dəyişib.