Ukraynanın 5 deputatı koronavirusa yoluxub
Ukrayna Ali Radasının daha bir deputatı koronavirusa yoluxub. Bununla da Ali Radada koronavirusa yoluxan deputatların sayı 5-ə çatıb.
Deputat Vladimir Vatras koronavirusa yoluxma faktı ilə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, bundan əvvəl Ali Radanın deputatları Sergey Şaxov, Ruslan Qorbenko, Sergey Rudik və Anna Skoroxod da koronovirus diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.