Gürcü nazir: Gürcüstanda COVID-19 virusuna yoluxma halları may ayında ən yüksək həddə çatacaq
“Aprel ayının sonunda Gürcüstanda koronavirusa yoluxanların sayı xeyli artacaq”.
Bu sözləri Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze söyləyib.
Onun sözlərinə görə, aprelin sonunda ölkədə COVID-19 virusuna gündəlik yoluxma halları yüzlərlə ola bilər.
Nazir deyib: “Aprelin sonunda ölkədə koronavirusa yoluxma hallarının sürətlə artacağını, may ayında ən yüksək səviyyəyə çatacağını gözləyirik”.
“Əgər bu gün Gürcüstanda gün ərzində on nəfər COVID-19 virusuna yoluxursa, aprelin ortalarında və ya sonunda bu rəqəm yüzlərlə ola bilər”, - deyə, Yekaterina Tikaradze vurğulayıb.
Xətayi Əzizov