Boris Conson reanimasiyadan adi palataya keçirilib

Koronavirusa yoluxmuş Böyük Britaniyanın Baş Naziri Boris Conson bu gün axşam reanimasiya şöbəsindən adi palataya keçirilib.

Bu barədə Baş Nazirin ofisindən bildiriblər.

Ofisin nümayəndəsi qeyd edib ki, Boris Conson bir müddət xəstəxanada həkimlərin müşahidəsi altında olacaq. O, əla əhval-ruhiyyədədir.

Martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. Həmin gündən etibarən özünü izolyasiya edən Baş Nazir aprelin 3-də hərarətinin düşmədiyini, öskürəyinin dayanmadığını bildirib. Aprelin 5-də xəstəxanaya yerləşdirilən Boris Conson ertəsi gün reanimasiyaya köçürülüb.