Fransa ordusunda koronavirusa yoluxanların sayı artıb

Fransa ordusunda 369 hərbiçinin koronavirusa yoluxduğu testlə təsdiqlənib. Bundan əlavə 867 yoluxma bəyan edilsə də, testlə təsdiqini tapmayıb.

Bu barədə Fransa Müdafiə naziri Florans Parli Senatın Xarici əlaqələr və müdafiə komitəsində dinləmələr zamanı deyib.

Bildirib ki, orduda 3800 hərbiçinin koronavirusa yoluxması ehtimal olunur.

Eyni zamanda, fevralda “Barxane əməliyyatı” çərçivəsində Sahel bölgəsində yerləşdirilmiş Fransa hərbi missiyası 1 və ya 2 ay müddətinə uzadıla bilər.

Həmçinin nazir ölkədə pandemiya ilə mübarizədə hərbiçilərin fəaliyyəti haqqında məlumat verib.