Fransada koronavirusa yoluxanların sayı 95 mini ötüb
COVID-19 pandemiyası başlayandan bəri Fransada ölənlərin sayı 14 min 393-ə çatıb. Onlardan 9 min 253 xəstəxanalarda, 5 min 140-ı isə qocalar evlərində dünyasını dəyişib. Son bir sutka ərzində xəstəxana və qocalar evlərində 556 ölüm faktı qeydə alınıb.
Bunu Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında deyib.
O bildirib ki, bu gün xəstəxanalarda 31 min 826 xəstə var, onlardan 6 min 845 ağır vəziyyətdə reanimasiyadadır. Epidemiya başlayandan 27 min 186 xəstə sağalıb.
Ölkədə 95 min 403 insanın koronovirusa yoluxduğu bildirilib.