ÜST: Dünyada koronavirusa yoluxanların sayı 70 mindən çox artıb

Aprelin 15-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 1 914 916 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 70 082 nəfər yeni koronavirusa yoluxub, 5 989 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 914 916 nəfərə, ölənlərin isə 123 010 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 977 596 yoluxma və 84 607 ölüm halı. Avropa regionunda sutka ərzində 34 324 yoluxma halı, 3 895 ölüm halı qeydə alınıb.

 
İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 15-nə olan məlumatlara əsasən, yoluxanların sayı 673 361 nəfərə, ölənlərin sayı isə 27 336 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 124 204 yoluxma və 4 201 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (578 268), İspaniyada (172 541), İtaliyada (162 488), Almaniyada (127 584), Fransada (102 533), Böyük Britaniyada (93 877), Çində (83 745), İranda (74 877), Türkiyədə (65 111) və Belçikada (31 119) qeydə alınıb.