Baş direktor: Koronavirusa qarşı əsas mübarizə hələ qarşıdadır

Bəşəriyyəti koronavirusla bağlı çətin sınaqlar gözləyir.

 "İnterfaks"ın verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə jurnalistlərə deyib.

A.Qebreyesus deyib: "İnanın, ən çətini - irəlidədir. Lakin biz bu faciənin qarşısını ala bilərik. Çoxları sadəcə bu virusun nə olduğunu başa düşmürlər".

 
ÜST-ün baş direktoru bildirib ki, COVID-19 bir tərəfdən çox yoluxucudur, digər tərəfdən isə əhalinin bəzi qrupları üçün ciddi təhlükə yaradır".