Qazaxıstanda karantin müddəti uzadıla bilər

Qazaxıstanın Səhiyyə naziri Eljan Birtanov koronavirus pandemiyasına görə karantin rejiminin mayın ortalarına və sonuna qədər davam edə biləcəyi fikrini irəli sürdü. Bunun xəstəliklə bağlı vəziyyətdən asılı olacağını bildirib.

Nazir may ayının təhlükəli bir dövr olacağını qeyd edib.

E.Britanov koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün yeganə yolun evdə qalmaq olduğunu vurğulayıb.

Qazaxıstanda pik zamanı 3000-3500 yoluxma halının qeydə alınacağı barədə ilkin proqnozlardan danışan nazir bir daha qeyd edib ki, bu, üç aylıq dövrə- martdan mayın sonuna qədər aiddir.

Qeyd edək ki, Qazaxıstanda koronavirusa yoluxanların sayı artır. Hazırda ölkə üzrə COVİD-19-a yoluxanların sayı 1995-ə çatıb, 19 nəfəri dünyasını dəyişib, 489 nəfəri sağalaraq evə buraxılıb.