Litvada koronavirusa yoluxanların sayı 1350 nəfərə çatıb

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 24 nəfər artaraq 1350-ə çatıb.

Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 70 min 753 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 4401 nəfərdən götürülən analizinin 24-nün nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 37 ölüm faktı qeydə alınıb.