Koronavirus əleyhinə peyvənd sınaqdan keçiriləcək
Oksford Universiteti alimlərinin üzərində çalışdığı koronavirus əleyhinə peyvənd cümə axşamı sınaqdan keçiriləcək.
Ölkənin Səhiyyə naziri Mett Hankok peyvəndin insanlar üzərində sınaqdan keçiriləcəyini açıqlayıb.
Britaniyanın peyvənd tədqiqatlarına digər ölkələrdən daha çox pul ayırdığını deyən Hankok, Oksford Universitetində və London İmperial Kollecində aparılan araşdırmalarda uğurlu nəticələr əldə edildiyini bildirib. O, hökumətin bu iki universitet tərəfindən həyata keçirilən peyvəndlər üçün 20 milyon funt sterlinq pul ayırdığını söyləyib.
Həmçinin İmperial Kollecin "Twitter” hesabında peyvəndləri sınamaq üçün könüllülər axtarıldığı qeyd olunub.