Yunanıstanda aprelin 27-dən başlayaraq karantin rejiminin yumşaldılması planlaşdırılır
Yunanıstan hökuməti aprelin 27-dən başlayaraq ölkədə karantin rejimini yumşaltmağa başlayacaq.
Baş Nazir Kiriakos Mitsotakis ölkənin xəstəliyin birinci dalğasını həmrəylik və intizam göstərərək, uğurla dəf etdiyini bildirib.
Qeyd edək ki, Yunanıstanda sərt karantin tədbirləri nəticəsində xəstəliyin geniş yayılmasının qarşısını almaq mümkün olub. Yunanıstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə xəstələrin sayı 2245 nəfər təşkil edir, ölənlərin sayı isə 119 nəfərdir.