Qonşu ölkədə ticarət mərkəzləri açılır
Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bağlanan ticarət mərkəzləri may ayının əvvəllərindən etibarən mərhələli şəkildə açılacaq.
Bu barədə "HaberGlobal” məlumat yayıb.
Bildirilir ki, ölkə ərazisində 436 ticarət mərkəzi bir aydan artıqdır ki, bağlıdır.
Bununla belə, təhlükəsizlik tədbirlərinə ciddi riayət ediləcək: maskalar paylanacaq, bəlli məsafələrə riayət olunacaq, müştərilər müəyyən fasilələrlə qəbul ediləcək.
Kinoteatrlar, iaşə müəssisələri və uşaq oyun parkları isə daha sonra açılacaq.
Qeyd edək ki, İtaliya, İspaniya, Almaniya kimi ölkələrdə də ticarət mərkəzləri mərhələli şəkildə açılmağa başlanıb.