Moskvada sutkada koronavirusdan 38 nəfər ölüb
Moskvada sutka ərzində koronavirusa yoluxan daha 38 xəstə, ümumilikdə 404 yoluxan şəxs ölüb.
Bu barədə koronavirus infeksiyası ilə bağlı vəziyyətə nəzarət və monitorinq üzrə əməliyyat qərargahında məlumat verilib.
Bildirilib ki, Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus infeksiyası üçün edliən testləri müsbət çıxan 38 xəstə vəfat edib.