Ermənistanda koronavirusdan 33 nəfər ölüb

Ermənistanda daha 125 nəfərdə koronavirus aşkarlanıb.


Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 273-ə yüksəlib.


Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 33 nəfər ölüb.


Bundan başqa, indiyədək 1 010 nəfər koronavirusdan sağalıb.


Qeyd edək ki, mayın 1-nə olan məlumata görə, ölkədə bir gündə 82 yoluxma faktı, 1 ölüm qeydə alınmışdı.