Türküstan vilayətində sel daşqınları nəticəsində 620-dən çox evə ziyan dəyib
Qazaxıstanın Türküstan vilayətində su basmış kənd və qəsəbələrdən əhalinin təxliyəsi davam etdirilir. Özbəkistandakı Sardoba su anbarının bəndinin dağılması və sel daşqınları səbəbi ilə Türküstan vilayəti ərazisində kənd və qəsəbələrdə 620-dən çox evə ziyan dəyib.
Hazırda vilayətin Maktaaral rayonunun Jana Turmıs, Jenis, Firdousi, Oreqbas yaşayış məntəqlərində evləri su basıb və indiyədək təxminən 7 minə yaxın insan təxliyə edilib.
Bununla əlaqədar Türküstan vilayətinin Maktaaral rayonunda fövqəladə vəziyyət elan olunub.
İlahə Əhmədova