Rusiya ali məktəbləri imtahanları distant keçirmək niyyətindədir
Rusiyada bütün ali təhsil müəssisələri tələbələrin biliklərini distant formada yoxlamaq niyyətindədir. Bu haqda Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkov bildirib.
poisknews.ru saytının məlumatına görə, V.Falkov qeyd edib ki, koronavirusla əlaqədar yaranmış vəziyyət yaxşılığa doğru dəyişərsə və müvafiq dövlət orqanlarının universitet auditoriyalarına geri qayıtmağa dair razılığı olarsa bu fürsətdən hər bir ali məktəb yararlanacaq. O, əlavə edib ki, əks halda ali məktəblərdə bütün proseslər distant olaraq icra olunacaq.
Qeyd edək ki, martın 16-dan Rusiya ali məktəbləri koronavirusun yayılmasının qarşısının alınması məqsədilə distans tədrisə keçib.