Antalya vilayətinin Serik rayonunda 15 küçə karantinə bağlanılıb
Türkiyənin Antalya vilayətinin Serik rayonunda 15 küçə karantinə bağlanılıb.
Bu tədbirlər ərazidə yaşayan 12 nəfərdə koronavirusun aşkar edilməsi ilə əlaqədardır.
Saat 00:00-dan etibarən polis və zabitlər bu küçələrin giriş və çıxışlarını dəmir baryerlərlə bağlayıblar.