Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb
Ermənistanda son 24 saat ərzində koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı kəskin artıb.
Son sutka ərzində bu ölkədə 289 nəfər COVID-19 virusuna yoluxub, 4 nəfər pandemiyadan ölüb.
Bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, bununla da, Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 7402 nəfərə, pandemiyadan ölənlərin sayı isə 91-ə yüksəlib.
Qeyd olunub ki, hazırda Ermənistanda 4052 nəfər aktiv koronavirus xəstəsi var.