Hizbullahın “Qırmızı xətti” HƏMASIN darmadağın edilməsidirmi?

Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hizbullahın müharibəyə qoşulması İsrailin Livanda Hizbullahın özünə qarşı daha geniş səviyyəli hücum keçib-keçməməsindən və Qəzza zolağında İsrail əməliyyatının necə inkişaf etməsindən asılıdır. Bunu Hizbullahın rəhbəri öz çıxışında bildirib.
Nəsrullah əlavə edib ki, o, “Livan cəbhəsinin genişmiqyaslı döyüşə çevrilməsi ehtimalını” real hesab edir. Onun sözlərinə görə, İsrail ordusunun Livana qabaqlayıcı zərbə endirməsi İsrailin bütün mövcudluğu boyunca “ən böyük səhvi” olacaq.
Bu halda nəzərə alınmalıdır: Hizbullah gözləyir ki, İsrail HƏMAS-ı tamamilə darmadağın etdikdən sonra , bütün qüvvələrini Hizbullaha qarşı çevirəcək və “terror təhlükəsi”nin bütün sərhədlərin perimetri boyunca müvəffəqiyyətlə aradan qaldırmağa çalışacaq.
Məhz buna görə də Nəsrullah öz çıxışında Qəzzada müharibə bitdikdən və İsrail yenidən bütün diqqətini Hizbullahın raket ehtiyatlarının cəmləşdiyi Livana çevirdikdən sonra , yəhudi dövləti üçün böyük təhlükə hesab olunacaq hansı hadisələrin baş verə biləcəyindən danışdı.
İsraillə qonşu ölkələr arasənda on yeddi ildir davam edən təhlükəsizlik strategiyası, çox güman ki, İsrail oktyabrın 7-də böyük itkilərə məruz qaldığına görə artıq etibarlı hesab olunmur. Buna görə də, şiə Livan hərəkatı üçün HƏMAS-ın qorunub saxlanması məsələsi hələ də “qırmızı xətt” hesab olunur, çünki bu Fələstin qrupu İsrailin hərbi gücünü məşğul edərək onun Livana qarşı fəaliyyətinə mane olur.
Hizbullahla danışıqlar aparan Livan rəsmisi noyabrın 1-də The New York Times qəzetinə müsahibəsində bildirib ki, şiə hərəkatı geniş müdaxilə üçün HƏMAS-ın faktiki məhv edilməsi təhlükəsini "qırmızı xətt" kimi göstərir. Onun sözlərinə görə, HƏMAS məhv edilmək təhlükəsi ilə üz-üə qalarsa, Hizbullah genişmiqyaslı döyüşlərə başlamağa hazırdır. Belə olan halda ABŞ və digər NATO güclərinin də Livana qarşı müdaxiləsi baş verəcək. Çünki bu qüvvələr məhz İran, Livan və Suriya tərəfindən yarana biləcək təhlükənin qarşısını almaq üçün bölgəyə göndərilib.
Hizbullahın rəhbərlikdə təmsil olunan çəxsləri ilə müntəzəm əlaqə saxlayan Livanın xarici işlər naziri Abdullah Bu Həbibin sözlərinə görə, Qəzza zolağında qırğınlar güclənərsə və ya İsrailin Livana hücumları geniş vüsət alarsa , hərəkat cavab vermək məcburiyyətində qalacaq