Koronavirus xəstələrinin olduğu oteldə yanğın baş verib
Hindistanın Vicayvade şəhərində koronavirus xəstələrinin yerləşdirildiyi “Svarna palas” otelində yanğın olub.
TASS agentliyi xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 15-20 nəfər xəsarət alıb. Yaralananlar dərhal xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.
İlkin məlumata görə, yanğına elektrik sistemində baş verən qısa-qapanma səbəb olub.