"AzerGold" QSC -dən açıqlama: "Azərqızıl" dövlət şirkəti ilə "AzerGold" QSC assosiasiya edilərək səhvə yol verilib
Bu gün bəzi yerli kütləvi infomasiya vasitələrində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və xarici şirkətlə birgə konsorsiumun təsis edilməsi və işğaldan azad edilən ərazilərdə qazıntı işlərinin aparılmasına dair planların olması haqda xəbərlər yayılıb.
"AzerGold" QSC-nin mətbuat katibi Ariz Tarverdiyev özünün feysbuk səhifəsində bildirib ki, ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə " 1996-cı il 5 fevral tarixli Sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" Dövlət şirkəti ilə ABŞ-ın "RV Investment Group Sevrvices LLS" arasında Kəlbəcər rayonun Zod (Söyüdlü), Qızılbulaq və Zəngilan rayonunun Vejnəli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb:
"Güman edilir ki, sözügedən ləğv edilmiş “Azərqızıl” dövlət şirkəti ilə “AzerGold” QSC assosiasiya edilərək səhvə yol verilmişdir. Qeyd edək adları çəkilən yataqların işlənməsi ilə bağlı Cəmiyyətə indiyədək hər hansı bir müraciət daxil olmayıb".